• AZƏRBAYCANDA EKSKURSİYALAR
  • UNUDULMAZ SƏYAHƏTLƏR
  • 120 ÖLKƏDƏN ARTIQ BİRBAŞA
    OTEL RESERVASİYASI…
  • ODLAR YURDU

XAQQIMIZDA

HRG AZERBAIJAN – AIT YERLİ VƏ XARİCİ ŞİRKƏTLƏRƏ TURİZM VƏ İŞGÜZAR SƏFƏRLƏR SAHƏSİNDƏ XİDMƏT TƏQDİM EDƏN ÖZƏL ŞİRKƏTDİR

1990-cı ildə İnturist Ümumittifaq Cəmiyyəti bazasında yaradılmış AIT LLC, bu gün beynəlalq standartlarla çalışan premium səviyyəli şirkətdir. Bizim fəlsəfəmiz - müasir texnologiya və çoxillik təcrübə əsasında müştəriyə ən yüksək keyfiyyətli xidmət təqdim etməkdir. 1997-ci ildən etibarən İATA-ya üzv olmağımız bizə inkişaf üçün daha geniş imkanlar və göstərdiyimiz xidmət səviyyəsini artırmağa şərait yaratdı.

Dünya şöhrətli Thomas Cook Worldwide Network UK (1998-1999) şəbəkəsi ilə tərəfdaşlıq və nümayəndəlik bizə beynəlxalq səviyyəli turizm şirkəti olmağa imkan verdi. Thomas Cook ilə tərəfdaşlıq və müştərilərə unikal travel məhsullarını təqdim etməyimiz bizə bu günə qədər tətbiq etdiyimiz misilsiz təcrübə və bilik verdi.

2000-ci ildə biz korporativ müştərilərə xidmətlərin göstərilməsi üzrə dünyanın ən aparıcı şirkətlərindən biri olan Business Travel International (BTI) qlobal şəbəkəsinin bir hissəsi olduq. 2007-ci ildə BTI səhmdarları şirkətin rebrendingi haqqında qərar verir və ondan sonra şirkətimiz HRG Azerbaijan (Hogg Robinson Group) kimi tanınır. Müştəri tələblərinin tam ödənilməsinə yönələn, dünyanın 120-dən çox ölkəsində 3000 nümayəndəliyi olan HRG şəbəkəsi geniş xidmət spektri və alətlərini təqdim edir.

HRG Azerbaijan müştəri maraqları üzərində tam cəmləşmə prinsipi ilə çalışan və yüksək xidmət təqdimetmə mədəniyyətə malik bir şirkətdir. Biz HRG-də çalışan insanların sayəsində bunda tam əminik. HRG-nin əməkdaşları müstəsnadır. Onların müştəri üçün işləmək istəyi və təcrübəsi, istedad və bacarıqları var. Onlar münasibətləri qarşılıqlı güvən və hörmət üzərində quraraq, müştərinin istəklərini qabaqlayır və bütün yaranmış sualları cavablandırmağı bacarır.

Uzun illik təcrübəsi dövründə şirkət bir sıra mükafatlara, o cümlədən “UGUR” Milli mükafatına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin mükafatlarına, aviaşirkətlərin və digər təchizatçıların çoxsaylı mükafatlarına layiq görülüb.

2006-cı ildə şirkət ISO 9001-2000 keyfiyyət sertifikatını alıb.

XİDMƏTLƏR

AVİABİLETLƏR
alınma / bron
OTEL REZERVASİYASI
icmal / bron
VİZALAR
viza dəstəyi
TRANSFER XİDMƏTLƏRİ
transfer / icarə
SƏYAHƏT SIĞORTASI
səyahət sığortası
EKSKURSİYALAR
ekskursiyaların təşkili
VİP XİDMƏTLƏR
VIP lounge / transfer
MICE
konfransların təşkili /dəstəyi
TURLAR VƏ KRUİZLƏR
turlar və kruizlərin təşkili

BAYRAMLAR VƏ HADİSƏLƏR TƏQVİMİ

ƏLAQƏ

76 Xaqani kücəsi, Bakı AZ1010, Azərbaycan
Tel: (+99412) 493 43 00
Faks: (+99412) 493 72 53
Elmira Şükürova – Biznesin İnkişafı üzrə Menecer
selmira@aittravel.com
Tamara Zeynalova – Baş Direktor
ztoma@aittravel.com
E-mail: office@hrg.az

XƏBƏRİNİZ OLSUN

Bizim qaynaq xəttimiz istənilən sorğu və geridönüş üçün daim açıqdır. Zəhmət olmasa, çəkinmədən aşağıdakı formadan keçid etməklə, elektron ünvanımıza yazın və biz ən tez bir zamanda sizə geri dönəcəyik.

Göndərmək